Səudiyyə Avropa neft bazarında Rusiyanı sıxışdırır - DEMPINQ

Səudiyyə Avropa neft bazarında Rusiyanı sıxışdırır - DEMPINQ backend

Son altı ay ərzində Səudiyyə Ərəbistanının Avropaya nəql etdiyi neftin həcmi 13 faizdən 10 faizə enib. APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Aralıq dənizi regionunun neft bazarında mövqelərinin itirir, buna səbəb isə İraq və Qərbi Afrikadan bu bölgəyə neft ixracının artmasıdır.

Rəqibləri tərəfindən bazarda sıxışdırılan Səudiyyə itkiləri yeni bazarlar hesabına kompensasiya etməyə çalışır. Səudiyyənin ələ keçirdiyi bazarlarda neftə olan tələbat əvvəllər “Brent” markalı neft və Rusiya nefti hesabına ödənilirdi.

Skandinaviyanın neft bazarının liderlərindən olan Preem şirkəti dünən son 20 ildə ilk dəfə olaraq Səudiyyə nefti aldığını açıqlayıb. Payızın əvvəllərində ilk dəfə Polşanın neftayırma zavodları Səudiyyə neftini emal etməyə başlayıblar. Hələ o zaman “Rosneft”in rəhbəri İqor Seçin bildirmişdi ki, səudiyyəlilər Polşa bazarında möhkəmlənmək üçün neftin satış qiymətinin aktiv şəkildə aşağı salırlar.

Dünən Səudiyyə Ərəbistanının “Aramco” şirkəti Avropaya satdığı neftin qiymətinin daha 1,3 dollar azaldtığını açıqlayıb. Bununla da səudiyyəlilər Avropa ölkələrinə nefti “Brent” və “Urals” markalı neftdən 4,75 dollar ucuz satmağa başlayıblar.

Rusiyalı ekspertlər hesab edir ki, bazarda yeni oyunçuların peyda olması ixrac olunan neftin həcminin azalmasına təsir göstərməyəcək, amma qiymətlərin ucuzlaşmasına səbəb olacaq.


Diaspora