Azərbaycanda pensiyalarla bağlı YENİLİK ediləcək

Azərbaycanda pensiyalarla bağlı YENİLİK ediləcək backend

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Xatırladaq ki, bu ilin yanvarında ƏƏSMN tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Azərbaycanda özəl pensiya fondu ilə bağlı normativ sənədlər tam yekunlaşıb. O qeyd etmişdi ki, sənədlər bir ay ərzində dövlət qurumlarına razılaşdırılması üçün göndəriləcək.

Diaspora