Azərbaycan iqtisadiyyatı bu il 4 faizə qədər artıb

Azərbaycan iqtisadiyyatı bu il 4 faizə qədər artıb backend

Qafqazda yerləşən ölkələr (Ermənistan, Azərbaycan, Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalmaqda davam edir. Lakin Avropa Yenidənqurma və İnkişaf Bankının ən son iqtisadi proqnozuna uyğun olaraq onların 2015-16-cı illərdə artımı qoruyub saxlayacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, AYİB-in proqnozuna görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, qeyri-neft sektorunda ÜDM isə 6,4% artıb.

Azərbaycanın xarici valyuta ehtiyatları (konversiya olunan valyutalarda) 2014-cü ilin noyabrında 13,2 mlrd. dollar olduğu halda, neft qiymətlərinin enməsi səbəbindən azalaraq cari ilin avqustunda təxminən 5,3 mlrd. dollara bərabər olub. Azərbaycanın ümumi likvidlik mövqeyi möhkəm olaraq qalıb və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri hesabına dəstəklənib.

Cari ilin fevralında - demək olar ki, iki onillik ərzində davam edən sabit mübadilə məzənnəsi dövründən sonra Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına nisbətdə manatın dəyərini 25% azaldıb. Bunun sayəsində maliyyə balansında və xarici balansda gərginlik azaldılıb, lakin bank sektorunda balans cədvəli problemləri yaranıb.

AYİB cari ildə Azərbaycan ÜDM proqnozunu 3%-ə qədər, 2016-cı ildə isə 2,5%-ə qədər yüksəldib.
Diaspora