İpoteka və Kredit Zəmanət Fondu əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından 3 illik icbari sığortalanması üçün açıq tender elan edib.
QAZÍLER.AZ “Report”-a istinaden xəbər verir ki, tenderdə iştirak haqqı 75,46 manatdır.
İddiaçılar təkliflərini dekabrın 26-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 26-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Tenderin ehtimal olunan qiyməti 37,728 min manat olması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Fond əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan etmişdi.