SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qazın alqı-satqısı üzrə "svop" müqavilənin imzalanması üçün danışıqlar aparır. "APA-Economics"in məlumatına görə, bunu adının çəkilməsini istəməyən SOCAR rəsmisi bildirib.
"Azərbaycanın kifayət qədər qazı var, lakin əlavə qaz həcmlərinə ehtiyac yaranacaq. Son zamanlar "Qazprom" spot-ticarətə (nağd alış-veriş) keçib. Buna baxmayaraq, gələcəkdə bu əməkdaşlıq hər iki tərəfi qane edən məqbul qiymət təkliflərindən asılıdır", - deyə şirkət rəsmisi bildirib.SOCAR: “Əlavə qaz həcmlərinə ehtiyac yaranacaq”

