Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin qərarlarına uyğun olaraq siyahını yeniləyib. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin noyabrın 2-də qəbul edilmiş qərarlarına uyğun olaraq noyabrın 4-də ümumi siyahını yeniləyib.
Lent.az Mərkəzi Bankın saytına istinadən xəbərinə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.Siyahıya bir nəfər əlavə olunub. Bu, Torek Aghadır.