"Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir".
"Trend" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, uşaq bağçaları əsas şəhərlərdə, şəhər mərkəzlərində təmin olunacaq:
"Təhsil konsepsiyasında uşaq bağçaları erkən təhsildə məktəbə hazırlıq kimi qəbul edilir. Ona görə yerlərdə məktəbəqədər dərslər təşkil olunur, bu həftədə 3-4 dəfə təşkil olunur. Burada məktəb müəllimləri də iştirak edir. Bununla həm də məktəb müəllimlərinin güzəranının yaxşılaşdırılması istiqamətində iş görülür".