İnquşetiyada trotil ekvivalenti ilə 3,5 ton olan bomba zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb. Bomba İnquşetiyadakı İŞİD üzvləri tərəfindən hazırlanıb. O, oktyabrın 31-də Nazranda qətlə yetirilən Beslan Maxaurinin bandasına aid olub.
Qeyd edək ki, İŞİD-in Qafqaz liderlərindən olan Maxauri 2013-cü ildə Çeçenistandakı bir sıra teraktların təşkilatçısı olmuşdu.FSB İnquşetiyada İŞİD-in dəhşətli bombasını tapdı

