Avropada qazın qiyməti ən yüksək səviyyəyə yüksəlib

Avropada qazın qiyməti ən yüksək səviyyəyə yüksəlib backend

Avropada qazın qiyməti son bir ilin ən yüksək səviyyəsinə yüksəlib və min kubmetr üçün 500 dolları ötüb. Enerji daşıyıcısı 28 noyabr 2023-cü ildən bəri ilk dəfə bu səviyyənin üzərində ticarət edir.

Qaziler.az xəbər verir ki, bu haqda London ICE birjasının məlumatlarında qeyd olunub.

Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin dəyəri min kubmetr üçün 503,14 dollar (+4,03%) təşkil edib. Çərşənbə axşamı bağlanış qiyməti 483,64 dollar olub.

Qeyd edilib ki, neft qiymətləri cümə axşamı səhər ucuzlaşır. Brent markalı yanvar fyuçerslərinin bir barreli 72,25 dollara (-0,042%) başa gəlib. Eyni zamanda, dekabr ayı üçün WTI müqaviləsi 68,38 dollara (-0,073%) ticarət edilib.

QAZİLER.AZ

Diaspora