İlham Əliyev sərhədçilərə 2,1 milyon manat ayırdı

İlham Əliyev sərhədçilərə 2,1 milyon manat ayırdı backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.