Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. “APA-Economics”in məlumatına görə, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.
Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.Beynəlxalq Bankın Rusiyadakı törəməsinin rəhbəri işdən çıxarıldı

