Abşeron rayonunda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, yanğın rayonun Heydər Əliyev prospektindəki 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın zirzəmisində elektrik lövhəsindəki çıxış kabelləri qəfil yanmağa başlayıb. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron rayon hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 6-sı azyaşlı olmaqla 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən binadan təxliyə olunublar. Daha sonra yanğın söndürülüb. Binanın şaxtasından keçən kabellər isə, yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən elektrik lövhəsinin çıxış kabeli 3 p.m yanıb.
Yanğın zamanı mənzillərdə 15 nəfər sakin onlardan 6 nəfəri azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.