“Microsoft” Rusiyada qiymətləri artırır

“Microsoft” Rusiyada qiymətləri artırır backend

“Microsoft” korporasiyası 2016-cı il yanvarın 1-dən Rusiyada proqram təminatı və bulud xidmətlərinə qiymətləri 19-25 faiz artırmağı düşünür. İKT.lent.az-ın məlumatına görə, bu barədə “Kommersant” nəşri xəbər yayıb.

“Microsoft-Rusiya” şirkətinin prezidenti Pavel Betsis bildirib ki, Rusiya bazarında baş verən dəyişikliklərin fonunda şirkətin məhsullarının və avadanlıqlarının qiyməti şəxsi istifadəçilər üçün 19 faiz, kommersiya sifarişçiləri üçün isə 25 faiz bahalaşacaq.

“Microsoft Office” və “Office 365” proqram təminatı da bahalaşacaq. Həmçinin serverlər üçşün avadanlıqlar, “SQL Server” və “Windows Azure” əsasında bulud xidmətlərinin qiyməti də bahalaşacaq.

Bununla belə, P.Bertis əlavə edib ki, “Microsoft” “Windows” əməliyyat sisteminin və “Xbox” oyun avadanlıqlarının qiymətini artırmaq niyyətində deyil.

Qeyd olunur ki, bu ilin fevral ayının əvvəlində rublun məzənnəsinin düşməsi səbəbindən şirkət artıq qiymətləri 15-30 faiz artırıb.
Diaspora