"Bitcoin" Avropada yoxsullaşmanın səbəbi adlandırıldı

"Bitcoin" Avropada yoxsullaşmanın səbəbi adlandırıldı backend

Avropa Mərkəzi Bankının məlumatına görə, “Bitcoin” cəmiyyətin parçalanması və yoxsullaşmasının səbəbidir.

Qaziler.az xəbər verir ki, məqalə “Social Science Research Network” saytında dərc olunub.

Bankın Bazar İnfrastrukturunun İnkişafı və Ödənişlər üzrə Direktoru və Məsləhətçisi Ulrix Bindzayl vəYurgen Şaafın fikrincə, kriptovalyuta yaxın gələcəkdə partlayacaq spekulyativ qabarcıqdır. Belə vəziyyət ciddi sosial xərclərə səbəb olacaq.

Mütəxəssislər hesab edirlər ki, məzənnə yüksələndə yalnız “Bitcoin”in ilk sahibləri faydalanır. Bu, kriptovalyutanı sonradan əldə edənlərin və ya ona sahib olmayanların hesabına baş verir.

Avropa Mərkəzi Bankının mütəxəssisləri Bitcoin-ə sərmayə qoymayanları ona qarşı çıxış etməyə çağırıb, həmçinin onun tamamilə yox olmasına səbəb olacaq qanunların qəbulunu tələb ediblər.

QAZİLER.AZ

Diaspora