Suriya, İraq və Əfqanıstandan qaçıb Avropa sığınmaq istəyənlərin "hüzura səyahəti" yenə can alıb. APA TV-nin məlumatına görə, ötən gün Egey dənizində qaçqınları aparan gəminin batması nəticəsində xeyli sayda insan ölüb.
Təkcə Yunanıstanın Midilli adasının yaxınlığında dalğalar 8 cəsədi sahilə atıb. Sima adasının yaxınlığında isə müharibə qurbanlarını aparan gəminin batması nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər can verib. 15 nəfərin həyatını xilas etmək mümkün olub.Məlumat üçün qeyd edək ki, son dörd gündə Egey dənizində yunan adalarına getmək istəyən və həyatlarını itirən qaçqınların sayı 60-ı keçib. Onların 28-i uşaqdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmə görə, bu ilin əvvəlindən indiyə kimi 580 qaçqın dəniz yolu ilə Yunanıstana keçə bilib.