Asiyada düyünün qiyməti Hindistandan gələn müsbət xəbərlər fonunda kəskin şəkildə aşağı düşün. Belə ki, Yeni Dehli malların ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Ticarətdə Asiya standartı olan 5 faiz təmizlənmiş Tay ağ düyününün qiyməti təxminən 11 faiz azalaraq bir ton üçün 509 dollara düşüb. Bu, 2008-ci ilin mayından bəri düyünün qiymətlərindən müşahidə edilən ən kəskin ucuzlaşmadır.
Keçən il Hindistan seçkilər ərəfəsində yerli qiymətləri cilovlamaq üçün xaricə düyü satışına məhdudiyyətlər qoymuşdu. Qeyd edək ki, Hindistan bu taxıl məhsulunun ən böyük ixracatçısıdır. Bu qərar nəticəsində bölgədə düyünün qiyməti xeyli artmışdı.
QAZİLER.AZ