Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşdı backend

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadla xəbər verir. 

Məlumatda qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Diaspora