“Telegram” messencerinin kriptovalyutası TON biznesmen Pavel Durovun həbsindən 10 gün sonra 94%-dən çox ucuzlaşıb.
Qaziler.az xəbər verir ki, “Binance”ın məlumatlarına görə, TON-un dəyəri 5,27 dollardan 30 sentə qədər azalıb.
“Toncoin”in cari qiyməti (TON/USD) 0,307943 dollar təşkil edir, cari ABŞ dollarının bazar qiyməti isə 780,64 milyon dollardır. “Toncoin”in qiyməti son 24 saat ərzində -94,03% dəyişib.
“Bloomberg” “Telegram”ın yaradıcısının həbsinin kriptovalyutalar üçün “qara qu quşu” olduğunu yazıb. Agentliyin məlumatına görə, sahibkarın həbsi bəzi investorların messencerlə əlaqəli rəqəmsal tokenə sərmayə qoyduğu sektorda ajiotaj yaradıb.
Qeyd edək ki, Durov avqustun 24-də axşam saatlarında Bakıdan Parisə uçub və “Le Burje” hava limanında saxlanılıb. Fransaya gəlməzdən bir neçə dəqiqə əvvəl o, federal axtarışa verilib. Daha sonra Fransa məhkəməsi sahibkarı 5 milyon avro girov müqabilində azadlığa buraxıb.
QAZİLER.AZ