Bu ilin yanvar-iyul aylarında Azərbaycan 16 min 57 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
QAZÌLER.AZ Publika.az-a istinadla xəbər verir ki, bu həcmdə yağ dəyəri 85 milyon 311 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 309 ton (64,7 %), dəyər baxımından isə 31 milyon 218 min (57,7 %) ABŞ dolları çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.