Xaçmaz rayonunda bağlarda fındıq yığımı davam edir.
Bu il məhsuldarlıq bol olsa da, qiymət fermerləri qane etmir.
Təsərrüfat sahibləri fındıqçılıqdan imtina edib, daha çox gəlir gətirən sahələrlə məşğul olmaq haqqında düşündüklərini deyirlər.
"Keçən il 3 manat 60 qəpiyə satdığım fındığı bu il 2 manat 80 qəpiyə verirəm. Bütün xərcləri hesablayanda əldə etdiyimiz gəlir bizə sərf etmir", - deyə fermer bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: