Gömrük ödənişləri elektronlaşdırılıb

Gömrük ödənişləri elektronlaşdırılıb backend

Artıq Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən portala əlavə olunan "Gömrük ödənişləri" elektron xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq mümkündür.

QAZİLƏR saytı xəbər verir ki, komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, gömrük ödənişlərini onlayn rejimdə həyata keçirmək üçün autentifikasiya tələb olunmur. Xidmətdən faydalanmaq üçün portalda "Qeydiyyatsız xidmətlər" bölməsindən Dövlət Gömrük Komitəsinin müvafiq xidmətini seçmək kifayətdir.

Qeyd edək ki, bununla da DGK-nın "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.
Diaspora