Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun 15 mln. tona qədər nəqletmə potensialı var.
QAZÌLER.AZ “APA-Economics”-e istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali Həştərxanda keçirilən Xəzər Forumunda jurnalistlərə bildirib.
“”Şimal-Cənub” dəhlizinin bu şərq qolunun illik potensialı 15 milyon tona qədərdir”, - səfir qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildə ölkələr bu istiqamət üzrə yük daşımağa başlayıb, daşımaların həcmi 650 min ton təşkil edib. 2024-cü ildə bu göstəricinin 2 mln. tona çatdırılması planlaşdırılır.