Mütəxəssislər qızıla investisiya qoymağı məsləhət gördülər

Mütəxəssislər qızıla investisiya qoymağı məsləhət gördülər backend

2008-ci il böhranını proqnozlaşdıran investorlar ABŞ dolları üçün artan risklər fonunda qızıla investisiyaların artırılmasını tövsiyə ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Business Insider” yazır.

“The Big Short” filmi ilə məşhurlaşan Denni Moses, Porter Kollinz və Vincent Daniel qiymətli metalı ən yaxşı uzunmüddətli investisiya adlandırıblar. Ekspertlərin fikrincə, narahatlığa əsas səbəb ABŞ dövlət borcunun sürətlə artmasıdır.

"Bu, çox sürətlidir", - Kollinz borcun yaranma sürəti haqqında deyib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin borcu 2024-cü ilin iyul ayının sonunda 35 trilyon dollar olaraq rekord həddə çatıb.

QAZİLER.AZ

Diaspora