Ölkə tarixində ilk dəfə olaraq ABŞ-ın dövlət borcu 35 trilyon dollara çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Proqnoza görə, 2034-cü ilə qədər dövlət borcu ÜDM-in 99%-dən 122%-ə yüksələcək.
Üstəlik, hələ 2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu 34 milyon dollar olub. Respublikaçılar Partiyasının nümayəndələri artıq rəhbərliyi dövründə dövlət borcu artmış ABŞ prezidenti Co Baydeni tənqid ediblər. Çünki 2021-ci ildə Bayden dövlət başçısı vəzifəsinə başlayanda ölkənin milli borcu 28 trilyon dollar olub.
QAZİLER.AZ