Pomidorun qiyməti nə vaxt düşəcək?

Pomidorun qiyməti nə vaxt düşəcək? backend

"Qarşıdakı günlərdə pomidorun qiymətinin azalacağına inanmıram".

Bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı-ekspert Əli Əlirzayev deyib.

O bildirib ki, qiymətin enməsi inzibati yolla idarə olunmur:

"Qiyməti bazar idarə edir. Məhsul bol olanda onun alıcılıq qabiliyyəti də yüksək olur. Belə olarsa, qiymətin azalması reallaşar. Tələblə təklif arasında tarazlıq münasibəti yoxdursa, onda qiymətin qalxma, yaxud da enmə halları baş verəcək".

Əli Əlirzayev hesab edir ki, dövlət istəsə, pomidorun qiymətini stabil saxlaya bilər:

"Dövlət müəyyən sahələrə subsidiya verə bilər, onun xərcinin bir hissəsini dövlət ödəsə, o zaman qiymətlərdə enmə olar. Bu gün tək pomidor deyil, bütün məhsulların qiyməti artır. Buna səbəb həm dünyada məhsulun idxalının dəyərinin artması, həm də Azərbaycanda bəzi məhsulların istehsalının az olmasıdır. Benzinin qiyməti qalxırsa bu bir başa məhsulların satışına təsir edir. Benzinin qiyməti artıb, ona görə də bütün məhsulların qiyməti qaçılmazdır".

Əli Əlirzayev qiymətlərin getdikcə artacağını əlavə edib:

"Amma bunun bir tənzimləmə siyasəti də var. Belə olanda əhalinin gəlirləri, pensiyalar artmalıdır".

Diaspora