Yaponiya hökumətinin planına əsasən, 2020-ci ilədək ölkə həyatının ən müxtəlif sahələrində robotlardan istifadə genişlənməlidir.
QAZİLER.AZ saytının ANS PRESS-ə istinadən məlumatına görə, Yaponiya 2020-ci ilədək robotların kənd təsərrüfatı, tibb və tikinti sahələrində aktiv tətbiqinə 2,4 trilyon yen (təxminən 20,33 milyard dollar) xərcləmək niyyətindədir. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir."Həm özəl şirkətlər, həm dövlət institutları bu məsələnin reallaşması üçün birləşməlidir. Bu il robotlar erasının başlanğıcı olmalıdır" –“Kiodo” agentliyi ölkənin baş nazirindən sitat gətirib.
Gündəlik həyatda robotların tətbiqi cəmiyyətin qocalması, əmək qabiliyyətli əhalinin azalması və iş yerlərində insan əməyinin texnika ilə əvəzlənməsi zərurətilə bağlıdır.
Yaponiya cəmiyyəti dünyada hamıdan tez qocalır və xarici miqrasiyanın son dərəcə aşağı səviyyəsi vəziyyəti ağırlaşdırır və bu, ölkə hakimiyyətini qeyri-standart həllərə əl atmağa məcbur edir.