Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" AG lüks dizaynlı 80 min "Audi" avtomobilini satış şəbəkəsindən geri çağırıb. Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.
QAZİLƏR.AZ saytı ANS PRESS-ə istinadən bildirir ki, şirkət geri çağırılan avtomobillərin 35 mininin Çinə göndərildiyini bildirib. Ümumiyyətlə, Çin dünyada "Audi"nin ən böyük alıcısıdır. Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur. Xatırladaq ki, Çinin "Volkswagen" ilə birgə müəssisəsi olan "China FAW-Volkswagen Automotive Co Ltd Audi" A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.“Audi“lər zay çıxdı

