Nazirlik daha 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Nazirlik daha 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-29-da Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.

Belə ki, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası oktyabrın 27-də saat 9.00-dan 13.00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Zaqatala rayon ƏSMM-nin inzibati binalarında, oktyabrın 28-də saat 9.00-dan 13.00-dək Qax rayon ƏSMM-nin inzibati binasında və saat 14.00-dan 18.00-dək Şəki rayonundakı Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidməti göstərəcək. Oktyabrın 29-da isə saat 9.00-dan 13.00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında səyyar xidmət davam etdiriləcək.

Xidmət göstəriləcək vətəndaşların əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, həmin rayonlarda yaşayan və protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtlarda və ünvanlarda tibbi-texniki briqadaya müraciət edərək müvafiq xidmətlərlə təmin oluna bilərlər.
Diaspora