Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci olub.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu AZPROMO-nun direktoru Yusif Abdullayev açıqlamasında deyib. Onun sözlərinə görə, 2024-cü ilin cəmi dörd ayında 350 milyon dollar dəyərində yerli mal idxal edilib.
“Əgər Moskva ilə Bakı arasında münasibətləri daha harada inkişaf etdirməyin mümkün olmasından danışsaq, bu, alternativ enerji sahəsidir”, - İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin direktoru qeyd edib.
R.Abdullayev əlavə edib ki, 2024-cü ilin əvvəlindən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb. AZPROMO-nun direktoru xatırladıb ki, son illər Rusiya Federasiyası respublikaya 10 milyard dollara yaxın investisiya yatırıb.
QAZİLER.AZ