Azərbaycanda “Mir” kartları fəaliyyətə başlayıb

Azərbaycanda “Mir” kartları fəaliyyətə başlayıb backend

Rusiyanın “Mir” ödəniş sisteminin kartları Azərbaycanda tədricən işləməyə başlayacaq.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin deyib. “Rusiya - Azərbaycan” sessiyasında çıxışı zamanı o qeyd edib ki, artıq VTB bankomatlarında Azərbaycan manatını kartlardan çıxarmaq mümkündür.

“Tədricən Azərbaycanda “Mir” kartları dövriyyəyə buraxılmağa başlayır. Artıq VTB bankomatlarında “Mir” kartından manat çıxarmaq mümkündür”, - diplomat bildirib.

QAZİLER.AZ

Diaspora