2024-cü ilin yayın sonunadək “Merik” və “Ağbulaq” su elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır.
QAZÌLER.AZ Trend-ə istinaden verdiyi melumata göre, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"2024-cü ilin yayın sonunadək aşağıdakı su elektrik stansiyalarının (SES) - Ağbulaq və "Merik” kiçik su elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. "Ağbulağ"ı Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq olar. "Ağbulaq-1" və "Ağbulaq-2"nin gücü müvafiq olaraq 14,2 meqavatt və 14,8 meqavatdır. "Merik" kiçik su elektrik stansiyasının gücü isə öz növbəsində 3,5 meqavatdır. Bu, yerli çaylar üçün yaxşı göstəricidir. Gələcəkdə biz başqa yaşayış məntəqələrində də yeni elektrik stansiyaları tikməyi planlaşdırırıq. Planlaşdırdığımız SES-lərdən 4-ü Laçında, biri Kəlbəcərdədir. Kəlbəcərdə tikiləcək SES Tərtər çayı üzərində - Çaykənd və Qamışlıda olacaq".
Qeyd edək ki, iyunun 1-də Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub.
Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında beş kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.