Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub

Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub backend

Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ( AZPROMO) təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən "ENNA" MMC-nin məhsulları da Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo 2024”də vahid ölkə stendində təqdim olunub.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, stenddə "ENNA" MMC-nin istehsalı olan "Plus ower", "Dinamit" ,"Dark horse wild" ,"Buzz tea" alkoqolsuz enerji içkiləri, "Cahan Çay" MMC-də paketlənən "Tudor" çayları nümayiş olunub.

Sərgidə Naxçıvan məhsullarını ictimaiyyətə "ENNA" MMC-nin İxrac meneceri Bəxtiyar Hacıyev təqdim edib. Tatarıstan, Səudiyə Ərəbistanı, Mərkəzi Afrika, Udmurtiya, İran və Qırğızıstan Respublikasından olan iştirakçılarla görüşlər keçirilib, "ENNA" MMC-də istehsal olunan məhsulların həmin ölkələrə ixracı ilə bağlı ilkin danışıqlar əldə edilib.

Qeyd edək ki, ənənəvi “Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində təşkil olunur. Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin halal sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir.

 

Diaspora