“Təəssüf ki, hamı Azərbaycanda devalvasiya gözləyir”

“Təəssüf ki, hamı Azərbaycanda devalvasiya gözləyir” backend

Latviyanın Azərbaycana balıq konservləri ixrac edən “Karavela” şirkəti Azərbaycanda manatın gözlənilən devalvasiyasından narahatdır. Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin səhmdarı və marketinq üzrə direktoru Yanis Endele BNS agentliyinə bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şərq bazarlarında latviyalı balıq sənayeçiləri üçün şərtlərin müsbətə doğru dəyişməsi gözlənilmir.

“Təəssüf ki, hamı Azərbaycanda devalvasiya gözləyir. Bu yaxınlarda Qazaxıstanda devalvasiya baş vermişdi. Özbəkistanda da milli valyutanın bir az ucuzlaşması baş verir”-deyə Y.Endele bildirib.

O, qeyd edib ki, şərq bazarı ölkələrində milli valyutalar stabil aşağı səviyyədədir və vəziyyətin yaxşılaşacağını göstərən tendensiya müşahidə edilmir.

Biznesmenin dediyinə görə, valyutaların devalvasiyası nəticəsində latviyalı balıq sənayeçilərinin ixrac bazarında dövriyyəsi bu il aşağı düşüb.

Qərb bazarlarında, məsələn, ABŞ-da kifayət qədər böyük qeyri-müəyyənlik hökm sürür, ona görə də proqnoz vermək çətindir.
Diaspora