Azərbaycanın BVF-dəki rəhbər şəxsləri Dünya Bankının rəhbər orqanları ilə görüşüb

Azərbaycanın BVF-dəki rəhbər şəxsləri Dünya Bankının rəhbər orqanları ilə görüşüb backend

19 aprel tarixində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak edən və Azərbaycanı BVF-də rəhbər olaraq təmsil edən, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin üzvü, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Xarici İşlər Nazirliyi və ölkəmizin ABŞ-dəki Səfirliyinin nümayəndələri ilə BVF-nin hazırkı idarəedici direktoru Kristalina Georgieva və heyəti arasında görüş keçirilib.

QAZILER.AZ  APA-ya istinaden verdiyi melumata gõre, görüş zamanı, maliyyə naziri S. Şərifov yenidən BVF-in idarəedici direktoru seçilməsi ilə bağlı xanım K. Georgiyevaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbrik mesajlarını çatdırdı.

Qarşı tərəf təbrikə görə dərin minnətdarlığını ifadə etdi. Eyni zamanda, ölkəmizin COP29-a ev sahibliyi çərçivəsində dəstək göstərməyə hazır olduqlarını vəd etdi.

Görüş zamanı həmçinin, BVF-ilə ümumi əlaqələr və COP29 çərçivəsində də mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Diaspora