Ukrayna qrivnası dünyanın ən zəif on valyutası sırasındadır

Ukrayna qrivnası dünyanın ən zəif on valyutası sırasındadır backend

Ukrayna qrivnası ABŞ dollarına nisbətdə dünyanın ən zəif valyutalarının reytinqində yeddinci yeri tutub.

Qaziler.az bildirir ki, bunu iqtisadçı ekspert Andrey Şevçişin “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, antireytinqdə birinci yeri 2024-cü ilin martında demək olar ki, 35% dəyərini itirən Misir funtu tutur. Siyahıya Nigeriya nairası və Keniya şillinqi də daxildir.

“2024-cü ilin mart ayında qrivna yeddinci yeri tutaraq dünyanın ən zəif 10 valyutasına daxil oldu. Birinci yerdə Misir funtu dayanır”, - deyə ukraynalı ekspert yazıb.

İqtisadçı qrivnanın ABŞ dolları qarşısında dəyərinin təxminən 2,65%-ni itirdiyini vurğulayıb. Ukrayna Milli Bankının martın 19-na olan məlumatına görə, respublikanın valyuta məzənnəsi 1 dollar üçün 39,13 qrivna təşkil edir. Bugünə kimi ən aşağı göstəricidir.

QAZİLER.AZ

Diaspora