Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi backend

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Qaziler.az bu barədə AMB-yə istinadən xəbər verir. 

AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib.

Xatırladaq ki, AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8,75%-ə endirilib.

Diaspora