2016-cı ildə .RU və .RF domenləri bahalaşa bilər

2016-cı ildə .RU və .RF domenləri bahalaşa bilər backend

2016-cı ildə .RU və .RF domen adlarının alış qiymətləri dəyişə bilər.

İKT.lent.az-ın verdiyi məlumata görə, son 6 il ərzində qeydiyyatçılar üçün domenlərin qiyməti dəyişməz qalıb. Domen adlarını qeydiyyata alanlar isə son istifadəçilər üçün tarifləri qaldırırdılar.

Belə ki, Rusiya internet seqmentində 33 qeydiyyatçı mövcuddur. Bazarın 80 faizinə nəzarət edən 4 şirkətdə qeydiyyatın illik qiyməti 600 rubl (təxminən 10 manat), domenin vaxtının uzadılması isə illik 700 rubl (təxminən 12 manat) təşkil edir.

Qiymətlər artırıldığına görə domen adlarının qeydiyyatçı şirkətlərin regional nümayəndəlikləri fəaliyyətlərini dayandıra bilərlər. Bundan sonra şirkətlər domenlərini paytaxt Moskvada qeydiyyatdan keçirməli olacaqlar. Bunun baş verməməsi üçün təkliflər və güzəşt paketi işlənib hazırlanacaq.
Diaspora