Bu ilin ötən doqquz ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1216,6 milyon manatlıq xidmət göstərib.
İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 72,7 faizi əhali sektoruna aid olub.
2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 54,0 faizi və ya 657,5 milyon manatı mobil telefon rabitəsindən yaranıb.