Bir çox ölkələr öz qızıllarının saxlanmasını ABŞ-a həvalə ediblər, lakin son vaxtlar qiymətli metal ehtiyatları Amerika anbarlarından çıxarılmağa başlanılıb.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda “Gold Eagle” jurnalının jurnalisti Ken Silva yazıb. Onun sözlərinə görə, dövlətlər Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalardan sonra maliyyə sisteminin silaha çevrilməsindən narahatdırlar.
Qeyd olunur ki, mərkəzi bankların "əhəmiyyətli faizi" ABŞ və müttəfiqlərinin Rusiyanın 650 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatlarının demək olar ki, yarısını necə dondurmasından narahatlığını ifadə edib. Xarici hakimiyyət orqanları öz ehtiyatlarının ştatlardan daha təhlükəsiz yerlərə köçürülməsinə göstəriş verə bilər. Silvanın sözlərinə görə, sorğuda iştirak edən bankların təxminən 68%-i qızıl ehtiyatlarını öz ölkələrində salayırlar. 2020-ci ildə bu göstərici isə 50%-dən çoxdur.
QAZİLER.AZ