AIG Azərbaycandakı aktivlərini tamamilə satıb

AIG Azərbaycandakı aktivlərini tamamilə satıb backend

Azərbaycanın yeganə təkrar sığorta şirkəti "AzRe Təkrarsığorta" ASC "Chartis Azerbaijan" sığorta şirkətinin səhmlərinin 100 faizini əldə edib. Şirkətdən Trend-ə verilən məlumata görə, sövdələşmə bu il sentyabrın 30-da baş tutub.

1999-cu ildə təsis edilən "Chartis Azerbaijan" "American International Group, Inc." (AIG Inc.) beynəlxalq sığorta korporasiyasının törəmə müəssisəsi olub.

Sığorta şirkətinin nümayəndələrinin sözlərinə görə, "AIG Insurance"ın Azərbaycanda törəməsi həmişə çox mənfəətli olub və ana şirkətin dəstəyinə ehtiyacı olmayıb.

Satışa səbəb Azərbaycan bazarının kifayət qədər kiçik olmasıdır və Amerika sığortaçısına burada törəmə şirkətə sahib olmaq sərfəli deyil: "Şirkətin rəhbərliyində dəyişiklik yoxdur. Hazırda yaxın vaxtlarda baş verəcək ad dəyişiminə hazırlaşırıq".

Dövlət Sığorta Nəzarəti Xidmətindən Trend-ə bildiriblər ki, hazırda Xidmətə şirkətin ad dəyişimi ilə bağlı müraciət daxil olmayıb.
Diaspora