Bu gün “İraqi Airways” aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.
“Apa-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.
“Bu gün ilk dəfə olaraq Kərkükdən Bakıya uçuş başlayıb. Növbəti sırada Ərbil-Bakı və Bəsrə-Bakı reysləri var”, - paylaşımda qeyd olunur.