Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşib - FOTO

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşib - FOTO backend

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 il müddətinə 50 % tətbiq edilir.

Bu Qərarın 1-ci və 3-cü hissələri 2024-cü il fevralın 1-dən, 2-ci hissəsi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Diaspora