Azərbaycandan Rusiyaya 36 ton yumurta göndərilib

Azərbaycandan Rusiyaya 36 ton yumurta göndərilib backend

Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq yumurtası gətirilib.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.

"Yanvarın 27-də Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyaları idxal edilib", - deyə bildirilib.

Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

"Yanvarın 27-nə olan məlumata əsasən, Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd qida yumurtaları idxal edilib", - deyə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Dekabrın 19-da Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

 

 

 

Diaspora