Ötən il Azərbaycanda yanacaq istehlakçıları 3 063,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
QAZİLER.AZ Trend-ə istinadən bildirir ki, 2022-ci il ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,2 faiz gəlir əldə edilib.