2023-cü ildə Azərbaycanda dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə icra 1 milyard 182,5 milyon manat proqnoza qarşı 1 milyard 31,9 milyon manat və yaxud 150,6 milyon manat (12,7 %) az olub.
Qaziler.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitin 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil edib.
Qənaət olumuş 150,6 milyon manat vəsait (o cümlədən xarici dövlət borcu üzrə 145,2 milyon manat, daxili dövlət borcu üzrə isə 5,4 milyon manat) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.