Niderlandlı ekoloqlar ölkənin ən böyük bankını məhkəməyə verirlər

Niderlandlı ekoloqlar ölkənin ən böyük bankını məhkəməyə verirlər backend

Niderlandın ətraf mühit təşkilatı “Milieudefensie” ölkənin ən böyük bankı olan ING-yə qarşı məhkəmə iddiası qaldıraraq, ətraf mühitin çirklənməsi ilə nəticələnən layihələrin maliyyələşdirilməsini dayandırmasını tələb edib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ekoloqların saytında əhalini məhkəməyə qoşulmağa çağıran müvafiq məlumat dərc olunub.

"Biz çirkləndirici şirkətlərə səmərəli iqlim planı hazırlamaq və həyata keçirmək imkanı verdik", - deyə təşkilat qeyd edib: “Lakin onların heç biri irəliləyiş əldə etməyib. Niderlandın ən böyük bankı ING də kifayət qədər iş görmür və həddindən artıq istixana qazlarının buraxılmasına göz yumur. Beləliklə, ING bizə başqa seçim qoymur: biz məhkəməyə gedirik və iqlim işi qaldırırıq."

Ekoloqlar xüsusilə bankdan 2022-ci ildə 61 meqaton təşkil edən istixana qazı emissiyalarını iki dəfə azaltmağı, həmçinin ətraf mühiti çirkləndirməyə davam edən müştərilərdən imtina etməyi tələb edirlər.

Bank isə iddianı araşdırdığını bildirib.

“Milieudefensie”nin direktoru Donald Pauls deyib: "ING neft və qaz şirkətlərini maliyyələşdirməklə iqlim böhranının sponsorudur. Buna görə də, bank iri çirkləndirici şirkətlərdən real iqlim planlarını inkişaf etdirmələrini tələb etməli, əks halda onlarla əməkdaşlığı dayandırmalıdır".

 

 

Diaspora