“Rusiyada qarabaşaq yarmasının böyük ehtiyatları fermerləri əkin sahələrini azaltmağa məcbur edə bilər və tələbat artarsa, bu taxılın qiyməti qalxa bilər”.
Qaziler.az bildirir ki, bunu rusiyalı ekspert Andrey Karpov “360”a müsahibəsində bildirib. O qeyd edib ki, qarabaşaq hələ də aşağı qiymət seqmentindədir.
“Qarabaşaq yarması son zamanlar formalaşan qiymətlərin aşağı intervalındadır, ona görə ki, yaxşı məhsul sayəsində 2023-cü ildə kifayət qədər ehtiyatımız var”, - ekspert qeyd edib.
Eyni zamanda, fermerlərin məhsullarından gəlir əldə etməsi üçün bu məhsulun əkin sahələrini azaltma ehtimalının yüksək olması səbəbindən vəziyyətin dəyişə biləcəyi vurğulanıb: "Yəni qarabaşaq yarması potensial risk altındadır”, - Karpov xəbərdarlıq edib.
QAZİLER.AZ