2024-cü ildə bahalaşacaq metalın adı açıqlanıb

2024-cü ildə bahalaşacaq metalın adı açıqlanıb backend

Qızılın qiyməti 2024-cü ildə bir unsiya üçün 2,2 min dollara qədər yüksələ bilər.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda “VTB Bank”ın analitikləri fikir bildiriblər. Onların fikrincə, iqtisadi artımın ləngiməsi nəticəsində dünya mərkəzi banklarının uçot dərəcəsini azaltması qiymətli metalın qiymətlərinin artmasına səbəb olacaq. Qeyd olunur ki, 2023-cü ildə VTB 33,2 min ton fiziki qızıl satıb.

Bankın təqdim etdiyi statistik məlumatlara görə, 2022-ci ilin mart ayından fiziki qızıl satışı başlayandan VTB müştəriləri 65 ton külçə alıblar. Orta əməliyyat həcmi 20 kiloqram olub ki, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Qeyd olunur ki, qızıl külçələri ən çox Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Voronej, Krasnodar, həmçinin Tulada alınır. 2024-cü ildə qızılın qiymətinin qalxacağı gözlənilir.

2024-cü ildə dünyanın mərkəzi bankları iqtisadi artımın yavaşlamasından sonra dərəcələri azaltmağa başlayacaq ki, bu da öz növbəsində qızıl bazarına müsbət təsir göstərəcək.

QAZİLER.AZ

Diaspora