Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar bahalaşaraq 49,99 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar artaraq 53,03 dollar olub.London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 54,65 dollar təşkil edib.