“Bank Standart” QSC “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. APA-nın məlumatına görə, “Bank Standart” QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.
Həmin qərardadla razılaşmayan “Bank Standart” apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.Azərbaycanda bir bank digərinə qarşı 6 milyon dollarlıq iddia qaldırıb

